Azərbaycanda bəzi yerlərdə qar yağacaq

Martın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Olaylar.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31