Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 974 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 801, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1864, üç və daha çox doza vaksinlərin sayı 13 498 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 811 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 355 516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 318 721, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 812 983, üç və daha çox doza vaksinlərin sayı 3 000 253, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 223 559 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31