Rusiya əsgərləri Ukraynada neftçalalı tələbəni girov götürüb? - FOTO
19 Mart 2022 13:55 SosialNeftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.
Olaylar.az "Report"-a istinadən bildirir ki, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.
Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.
Hazırda tələbənin valideynləri və yaxınları çox narahatdır.
Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31