Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara müraciət etdi
19 Mart 2022 12:50 SosialMartın 20-27-si aralığında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt-sistemlərinə giriş məhdudlaşdırılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin "Facebook" səhifəsində məlumat yayılıb.
Bildirilir ki, ƏƏSMN-nin mövcud informasiya texnologiyaları infrastrukturunun 20-27 mart tarixlərində "AzInTelecom" MMC-nin "Hökumət buludu"na keçidi ilə əlaqədar Nazirliyin e-informasiya sistemlərində (altsistemlər, elektron xidmətlər, internet, lokal şəbəkə və s.) həmin tarixdə məhdudiyyət olacaq.
Keçid prosesi təmin olunduqdan sonra məhdudiyyət aradan qalxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31