Azercell Qarabağ qazilərinin xidmətində!

​​​​​​"Azercell Könüllüləri" və şirkətin Mobil Müştəri Xidmətləri Bərpa Mərkəzinə səfər edib.

Aparıcı mobil operator "Azercell Telekom"-un öz əməkdaşlarından ibarət "Azercell Könüllüləri" xeyriyyə qrupu

uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslər həyata keçirməklə yanaşı, Vətən

müharibəsində şəhid olmuş əsgərlərimizin ailə üzvlərini, eləcə də, sağlamlığını itirən qazilərimizi hər zaman

diqqət mərkəzində saxlamağa çalışır. "Azercell Könüllüləri" növbəti səfərini Novruz bayramı ərəfəsində Əmək

və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Protez Ortopedik Bərpa Mərkəzinin

Mürəkkəb Protezləşdirmə Stasionarına etdi. Həmin bərpa mərkəzində müalicə alan qazilərimizlə bir neçə gün

ərzində görüşlər keçirən Azercell əməkdaşları təşkil etdikləri bayram süfrəsində onlara xüsusi sovqatlarını

təqdim etdilər.

1-ci və 2-ci Qarabağ müharibəsi veteranlarının keyfiyyətli bağlantıya olan tələbatlarını nəzərə alaraq Azercell

Mobil Müştəri Xidmətləri komandası da bərpa mərkəzinə baş çəkərək onlara təmənnasız şəkildə 30-dan çox

müştəri əməliyyatı həyata keçirdilər. Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq Azercell-in

Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim

kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Qələbə sevincini bizə qazandıran

məğrur əsgərlərimizin rabitə imkanlarından daha rahat şəkildə yararlanmaq məqsədilə təşkil olunmuş bu

təşəbbüsdən qazilər çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə

etdilər.

Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə

olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən

digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş

digər bölgələrə də səfər etməyi planlaşdırır.

"Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha

çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi

qarşısına məqsəd qoyub.

Bir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 2 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 5 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 9 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31