Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 052 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 835, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1981, üç və daha çox doza vaksinlərin sayı 14 417 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 819 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 338 542, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 317 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 811 119, üç və daha çox doza vaksinlərin sayı 2 986 755, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 222 748 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31