Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 536 nəfər müalicə olunaraq sağalıb, 9647 nəfər vəfat edib, aktiv xəstə sayı 1105 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5153, ötən müddət ərzində isə ümumilikdə 6 656 940 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31