Mərdəkanda “Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası keçirilib
18 Mart 2022 11:14 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi və "Azpetrol" şirkətinin birgə təşkilatçılığı ilə Mərdəkanda yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində şam, sərv, nar, ərik və badam tingləri paylanılıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31