Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
17 Mart 2022 18:57 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 818, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1815, üç və daha çox doza vaksinlərin sayı 13 119, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 800 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 317 085, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 809 138, üç və daha çox doza vaksinlərin sayı 2 972 338, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 221 929 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31