Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
17 Mart 2022 18:55 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 302 nəfər müalicə olunaraq sağalıb, 9641 nəfər vəfat edib, aktiv xəstə sayı 1233 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5677, ötən müddət ərzində isə ümumilikdə 6 651 787 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31