Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər (FOTO)

Olaylar.az bildirir ki, Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinə baxış keçiriblər.

Ombudsmanın nümayəndələri tərəfindən hərbi hissənin müxtəlif obyektlərinə baxış keçirilib. Eyni zamanda, hərbi hissənin daxilində yerləşdirilməsi üçün Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar komandanlığa təqdim edilib, hərbi hissədə işləyən mülki şəxslərin sualları cavablandırılıb.

Razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Mülki Müdafiə Qoşunlarının, eləcə də digər qoşun növlərinin hərbi hissələrinə baxışlar davam etdiriləcək.

Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər (FOTO)

Ombudsman Aparatının əməkdaşları Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baxış keçiriblər (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31