AFFA-nın baş katibi dəyişdi - Onu bu şəxs əvəzləyəcək
17 Mart 2022 11:53 SosialAFFA-nın baş katibi dəyişib.
Olaylar.az xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasında verilib. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, Avro-2020-nin və Avro-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.
Qeyd edək ki, bundan əvvəl baş katib vəzifəsini AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov icra edirdi.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31