Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
16 Mart 2022 18:50 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17 574 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1729, üç və daha çox doza vaksinlərin sayı 14 072, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 905 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 303 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 316 267, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 807 323, üç və daha çox doza vaksinlərin sayı 2 959 219, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 221 129 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31