Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
16 Mart 2022 18:47 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 077 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9633 nəfər vəfat edib, aktiv xəstə sayı 1457 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5337, ötən müddət ərzində isə ümumilikdə 6 572 316 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31