Son iki ayda əmək haqqı fondu 8,4 faiz artıb
15 Mart 2022 15:26 SosialÖlkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında baş verən ardıcıl artımlar illik əmək haqqı fondunun mütəmadi artmasını şərtləndirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, 2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda 8,4 faiz artım qeydə alınıb. Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 35 faiz, median əmək haqqı 74 faiz artıb. Bu dövrdə illik əmək haqqı fondunda isə 2 dəfə artım baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31