Xocasəndə 4 min ağac əkildi

Yaz ağac əkini mövsümündə keçirilən genişmiqyaslı ağacəkmə tədbirlərinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları da qoşulub."Olaylar" xəbər verir ki, torpaq çərşənbəsi günündə keçirilən ağacəkmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xocasən qəsəbəsi ərazisində Abşeron yarımadasının iqliminə uyğun 4000 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31