20-dən çox şagirdə geyim və məktəb ləvazimatı paylanılıb-FOTOLAR
14 Mart 2022 12:31 SosialQarşıdan xalqımızın ən gözəl bayramı - Novruz bayramı gəlir. Bu bayram milli dəyərləri, adət-ənənələrimizi yaşadaraq nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Bu bayram həm də sosial bərabərlik, xeyirxahlıq bayramıdır. "Olaylar" xəbər verir ki, bu nəcib keyfiyyətləri əsas tutaraq millət vəkili Hicran Hüseynova hər zaman aztəminatlı və şəhid ailələri, qazilərlə müxtəlif görüşlər keçirir, onların problemləri ilə maraqlanır, maddi və mənəvi dəstək göstərir, qarşılaşdıqları problemlərin bir çoxunu elə yerindəcə həllinə nail olur. Novruz bayramı ərəfəsində Sumqayıt şəhəri, 41 nömrəli tam orta məktəbdə 20-dən çox aztəminatlı ailələrdən olan şagirdlərə müxtəlif adda geyim və məktəb ləvazimatları paylanılmışdır.
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31