Azərbaycan nümayəndə heyəti Ərzurum bələdiyyə sədri ilə görüşüb
14 Mart 2022 12:23 SosialMilli Məclisin deputatların da daxil olduğu Azərbaycan nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində Ərzurum şəhərində bir sıra görüşlər keçiriblər. "OLAYLAR"-ın xəbərinə görə, nümayəndə heyətinin tərkibində olan millət vəkili Anar Məmmədov bildirib ki, səfər çərçivəsində Ərzurum Böyükşəhir bələdiiyyəsinin sədri Mehmet Sekmen Azərbaycan nümayəndə heyətini bələdiyyə binasında qəbul edib. Görüş zamanı Azərbaycan-Türkiyə əlaqələrndən danışılıbi, iki ölkənin liderlərinin siyasi iradəsi nəticəsində Azərbaycan və Türkiyənin dostluq-qardaşlığının daha da inkişaf etdiyi, yeni-yeni əməkdaşlıq imkanları açdığı vurğulanıb.
Sonda bələdiyyə sədri tərəfindən Azərbaycan nümayəndə heyətinə hədiyyələr təqdim edilib.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31