Bakı-İstanbul reysi ləğv edildi

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Olaylar.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31