Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə başsağlığı verib
12 Mart 2022 12:04 SosialBirinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar paylaşım edib.
Olaylar.az bildirir ki, paylaşımda deyilir:
"Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31