Millət vəkili Jalə Əhmədova “ASAN Xidmət” rəhbəri ilə görüşüb
11 Mart 2022 11:07 SosialMilli Məclisin deputatı Jalə Əhmədova Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("Asan Xidmət") sədri Ülvi Mehdiyevlə görüşüb Bu barədə məlumat "OLAYLAR"-a Jalə Əhmədovanın Deputat Qərargahından daxil ollub. Bildirilib ki, görüş zamanı "ASAN xidmət" və "YAŞAT" Fondunun fəaliyyəti və hədəflərini əhatə edən bir sıra məsələlərlə yanaşı, Salyanda istifadəyə veriləcək "ASAN xidmət"in rayon əhalisi üçün əhəmiyyəti xüsusi vurğulanıb: "O cümlədən bölgədə yaşayan gənclərin işsizlik problemi, onların işlə təminatı istiqamətində həyata keçirilən proqramlar və layihələr barədə danışılıb. Ü.Mehdiyev "ASAN xidmət"in və "YAŞAT" Fondunun fəaliyyət istiqamətləri barədə ətraflı şəkildə məlumat verib. "YAŞAT" Fondunun əməkdaşlarının məhz şəhid ailələrinin üzvləri və qazilər olduğunu xüsusi vurğulayan Ülvi Mehdiyev qeyd edib ki, şəffaflıq prinsipi əsasında fəaliyyət göstərən "YAŞAT" Fondu tərəfindən şəhid ailələrinin və qazilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması yönündə mühüm işlər görülür. Fondun sistemində görülən bütün işlər barədə məlumat əlçatanlığı təmin edilib ki, burada da şəhid və ya qazinin ad soyad və ata adını sistemə daxil etməklə Fond tərəfindən həmin ailəyə göstərilmiş yardım və ya köməkliklər barədə informasiyanı əldə etmək mümkündür".
Millət vəkili Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə zaman ayırıb onu qəbul etdiyinə görə təşəkkürlərini bildirib, Azərbaycanın tərəqqisi naminə şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıb.