Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 923 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2436, üç və daha çox doza vaksinlərin sayı 20 885, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1250 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 202 557, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 311 055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 798 936, üç və daha çox doza vaksinlərin sayı 2 876 702, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 215 864 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31