Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
10 Mart 2022 18:38 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 153 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 960 nəfər müalicə olunaraq sağalıb, 9575 nəfər vəfat edib, aktiv xəstə sayı 2929 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2618 , ötən müddət ərzində isə ümumilikdə 6 617 758 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31