“Hilton” və “Hyatt” Rusiya ilə əməkdaşlığı dayandırdı

ABŞ-ın məşhur "Hilton" və "Hyatt" otellər şəbəkəsi Rusiyada yeni otellər açmayacaq və ölkədəki bütün yerli şirkətlərlə tərəfdaşlıq münasibətlərini dayandıracaq.

Azpost.info xəbər verir ki, bu barədə şəbəkənin yaydığı məlumatda deyilir. Məlumata görə, şəbəkənin Rusiyadakı mövcud otelləri fəaliyyətini davam etdirəcək. Lakin bundan sonra heç bir sərmayə qoyuluşu olmayacaq. "Hilton" Rusiyada əldə etdiyi bütün gəlirləri müharibədən əziyyət çəkən ukraynalılara ayıracaq.

Şəbəkə eyni zamanda, "American Express"lə əməkdaşlıq edərək ukraynalı qaçqınlara otellərində pulsuz yer ayıracaq. "Biz Moskvadakı korporativ ofisimizi bağladıq və bütün işçilərə təzminat ödəyəcəyik", - "Hilton"dan bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31