Ukraynadakı yaxınlarınızla əlaqədə qalın!
9 Mart 2022 19:49 SosialAzercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zəngləri martın
26-na qədər uzatdı
"Azercell Telekom" MMC Ukraynada davam edən durumla əlaqədar
Azərbaycandan bu istiqamətdə tətbiq etdiyi pulsuz zənglərin müddətini
martın 26-na (26.03.2022 tarixi daxil) qədər uzatdı. Lider mobil operator 27
fevral 2022-ci il tarixindən etibarən hazırda Ukraynadakı Azərbaycan
vətəndaşları, eləcə də vətəndaşlarımızın bu ölkədə yaşayan qohumları ilə
kəsintisiz telefon əlaqəsini təmin etmək, onların çətin anlarında yaxınları ilə
ünsiyyətinə dəstək olmaq məqsədilə bu təşəbbüslə çıxış edir.
Azercell bütün abunəçilərindən Ukrayna istiqamətində mobil rabitə
xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə
hallarının qarşısının alınması məqsədilə qeyd edilən güzəştli zəngləri 3
dəqiqə civarında saxlamağı xahiş edir.
Qeyd edək ki, Azercell daha öncə Ukraynada rominqdə olan abunəçilərin
nömrələrinin balansını artıraraq 50 azn həcmində vəsait yükləyib.
Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün
nömrələrə şamil olub.
Şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi
(ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49
49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti;
"Kabinetim" tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/
kabinetim.html
vasitəsilə sizi maraqlandıran suallarla müraciət edə və ya lazımı məlumatı
əldə edə bilərsiniz.