Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, üç və daha çox doza vaksinlərin sayı 29, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 8 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 500, üç və daha çox doza vaksinlərin sayı 2 855 817, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 214 614 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31