Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
9 Mart 2022 18:57 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 789 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 396 nəfər müalicə olunaraq sağalıb, 9558 nəfər vəfat edib, aktiv xəstə sayı 2929 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3942, ötən müddət ərzində isə ümumilikdə 6 611 402 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31