Birinci siniflərə şagird qəbuluna may ayında başlanılacaq - Təhsil Nazirliyi
9 Mart 2022 18:50 Sosial2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.
Qeyd edilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31