Gənclər arasında maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhərində Gənclər arasında anti-sosial davranışın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən regional mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Ombudsman tərəfindən gənclərlə aparılan iş, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasında təsisatın rolu barədə iştirakçılara geniş məlumat verərək, gənc nəslin formalaşmasında maarifləndirmənin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, məhz vətənpərvərlik ruhunda yetişmiş gənclər Vətən müharibəsində zəfər qazanılmasını təmin etdi. Tədbirdə dövlətin və cəmiyyətin inkişafı naminə gənclərin anti-sosial davranışdan, radikal cərəyanlardan və zərərli vərdişlərdən uzaq olmasının zəruriliyi diqqətə çatdırılıb.Daha sonra mövzu ilə bağlı müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31