Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
8 Mart 2022 18:50 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 815 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 931, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1150, üç və daha çox doza vaksinlərin sayı 13 718, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1016 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 571, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 474, üç və daha çox doza vaksinlərin sayı 2 855 788, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 214 606 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31