Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9547 nəfər vəfat edib, aktiv xəstə sayı 3696 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4142, ötən müddət ərzində isə ümumilikdə 6 607 460 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31