Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
7 Mart 2022 15:55 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, üç və daha çox doza vaksinlərin sayı 5, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 0 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 159 756, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 795 324, üç və daha çox doza vaksinlərin sayı 2 842 070, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 213 590 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31