Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
7 Mart 2022 15:54 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 789 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9531 nəfər vəfat edib, aktiv xəstə sayı 4244 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3512, ötən müddət ərzində isə ümumilikdə 6 603 318 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31