Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 095 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1548, üç və daha çox doza vaksinlərin sayı 19 049, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1217 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 159 751, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 772, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 795 324, üç və daha çox doza vaksinlərin sayı 2 842 065, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 213 590 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31