Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
6 Mart 2022 19:23 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1029 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 789 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9518 nəfər vəfat edib, aktiv xəstə sayı 5212 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6284, ötən müddət ərzində isə ümumilikdə 6 599 806 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31