Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1531 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9500 nəfər vəfat edib, aktiv xəstə sayı 5212 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7530, ötən müddət ərzində isə ümumilikdə 6 593 522 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31