“Yüksəliş” müsabiqəsinin qalibləri AzTV-də nitq dərslərində iştirak edəcəklər

Martın 4-də "Yüksəliş" müsabiqəsinin qalibləri "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında nitq mədəniyyəti dərsi ilə tanış olublar.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, AzTV-nin sədr müavini, diktor, Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov müsabiqə qaliblərinə nitqdə intonasiya, pauza və məntiqi vurğunun gözlənilməsinin önəmindən danışıb.

Müsabiqə qalibləri növbəti həftədən nitq mədəniyyətindən keçilən dərslərdə iştirak edəcəklər. Dərslər Rafiq Həşimov tərəfindən tədris ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31