Rafael İsgəndərovdən üzücü xəbər

Əməkdar artist Rafael İsgəndərov koronavirusa (COVID- 19) yoluxduğunu açıqlayıb.  

Olaylar.az olay-a istinadla yazır ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" proqramında bir müddət əvvəl səhhətində problem yarandığını, hazırda hər şeyin qaydasında olduğunu qeyd edib:

"Üç doza vaksin vurdurmuşam. Bir dəfə xəstələndim. Deməli, 10-12 gün dad bilmədim. Daha sonra mətbəxdən kotlet qoxusu gələndə anladım ki, sağalmışam". 

Proqramın aparıcıları Zaur və Günay Baxşəliyevlər, müğənni Nigar Camal da koronavirusa yoluxduğunu, ağır keçirdiklərini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31