Nazirlik qeyri-qanuni tikintinin qarşısını alıb
5 Mart 2022 13:35 SosialFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir. Nazirlikdən "Olaylar"a bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində vətəndaş Quliyev Fəxrəddin Həmid oğlu tərəfindən tikintisi aparılan doqquzmərtəbəli yaşayış binasına müvafiq icazəverici sənədləri olmadan əlavə olunan qeyri-yaşayış sahəsinin tikintisinin aparılması faktı aşkar edilib. Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31