Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 427 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1717, üç və daha çox doza vaksinlərin sayı 23 552, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1531 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 111 019, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 305 977, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 792 145, üç və daha çox doza vaksinlərin sayı 2 801 802, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 211 095 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31