Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
4 Mart 2022 18:43 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1185 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 788 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9488 nəfər vəfat edib, aktiv xəstə sayı 6322 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6829, ötən müddət ərzində isə ümumilikdə 6 585 992 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31