Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişir
4 Mart 2022 14:22 SosialDövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişir."Olaylar" xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, bu vəsaitdən özəlləşdirmədən sonra müəsisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək.Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31