Deputat Ukraynadakı tələbələrlə bağlı məsələ qaldırdı
4 Mart 2022 13:12 SosialMilli Məclisdə Ukraynada təhsil alan tələbələrin problemləri ilə bağlı məsələ qaldırılıb. "Olaylar" xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə çıxış edib. Deputat Ombudsmanın 2021-ci ildə görülən işlər haqqında məruzəsinin müzakirəsi zamanı Ukraynada təhsil alan tələbələrin müraciətlərinə diqqət edilməsini vurğulayıb: "Həmin tələbələrin təhsilini hansı şəkildə davam etdirəcəyi sual altındadır. Biz onların təhsil həyatını, gələcəyini taleyin ümidinə buraxa bilmərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31