Pandemiya ilə bağlı vəziyyət nəzarətdədir - Ombudsman

"Ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq pandemiyaya qarşı görülən tədbirlərin həyata keçirilməsi davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında hesabatla çıxış edən ombudsman Səbinə Əliyeva deyib. O, bildirib ki, görülən işlər fonunda Azərbaycanın bütün dünyada nümunəvi ölkə kimi təqdir alması müsbət haldır. Ombudsmanın sözlərinə görə, 2021-ci ildə görülən qabaqlayıcı tədbirlər sayəsində pandemiyanın təsirləri, yoluxmanın artması nəzarətdə saxlanılıb.

Xatırladaq ki, Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabat verir. Ombudsman 2021-ci ildə insan hüquqlarının qorunması ilə bağlı görülən işlər haqqında məruzə ilə çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31