Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
3 Mart 2022 18:47 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 871 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1675, üç və daha çox doza vaksinlərin sayı 25 705, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1722 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 082 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 304 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 790 428, üç və daha çox doza vaksinlərin sayı 2 778 250, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 209 564 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31