Azərbaycan QHT-si "Könüldən Könülə Türkiyə Görüş layihəsi" üzrə müsabiqənin qalibi oldu

"COJEP International" Avrasiya Koordinatorluğunun COJEP Şəbəkə üzvü olan Azərbaycan Qeyri-Hökimət Təşkilatları arasında "Könüldən Könülə Türkiyə Görüş layihəsi" üzrə müsabiqə nəticələrinə əsasən 5-ci istiqamət üzrə qalib təşkilat Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi olub. "OLAYLAR"-a İctimai Birliyin sədri Vüqar Əhmədov deyib ki, bu istiqamət üzrə Universitetlər arasında əməkdaşlıq və tərəfdaşlıqları artırmaq üzrə Ankarada Yıldırım Beyazıt və Hacı Bayram Vəli universitetləri ilə bir araya gəlinəcək: "İlk olaraq "COJEP International" Avrasiya Koordinatorluğuna layihə təklifimizə göstərdiyi dəstəyə görə öz təşəkkürümüzü bildirmək istəyirik. Bu layihə çərçivəsində bizim Ankaraya səfərimiz çərçivəsində biz bu layihənin təqdimatını edəcik. Qeyd etmək istərdik ki, layihənin elanı və seçilməsi prosesi tam şəffaf şəkildə həyata keçirilmişdir. Biz elektron formada layihəni təqdim etdik və yalnız COJEP-in elanında təşkilatımızın qalib olmasından xəbər tutduq. Biz COJEP üzvü olaraq bütün digər üzv təşkilatlar kimi layihə ideyamızı təklif etmişdik. Yetərincə geniş bir layihə təklifi hazırladıq və təqdim etdik".

Qeyd olunub ki, müsabiqədə 22 təşkilat tərəfindən layihə təqdim edildiyindən digər təşkilatların layihələrinin də qalib olma şansı var idi: "Hesab edirəm ki, bizim layihənin qalib gəlməsi təklifimizin innovativ ideya ilə bağlı olmasıdır. Biz layihə çərçivəsində Azərbaycanda gənclər və tələbələr üçün startap mərkəzi yaratmağı və orada gənclərə öz startaplarını qurmağa dəstək göstərməyi nəzərdə tuturuq. Təbii ki, bu layihə Türkiyədəki həmkarlarımızla birgə, bizim öz töhfəmiz və o cümlədən onların dəstəyi ilə həyata keçiriləcək və öz növbəsində bu layihə COJEP-in Avrasiya koordinatorluğunda QHT-lər arasında əməkdaşlığa öz töhvəsini verəcək. Eyni zamanda qardaş dövlət olan Türkiyə Universitetləri ilə biz bu layihəni icra etməkdən məmnunuq. Bu gün gənclərin innovativ inkişaf sahəsində dəstəklənməsi və beynəlxalq inteqrasiyası çox önəmlidir. Təşkilatımızın bu sahədə müvafiq təcrübəsi vardır və biz bunu COJEP-in Avrasiya koordinatorluğu səviyyəsində də inkişaf etdirməyi nəzərdə tuturuq. İnanırıq ki, həyata keçirəcəyimiz layihənin həm təşkilatımızın inkişafı, həm də gənclərimizin məşqulluğu baxımından müsbət nəticələri olacaq. Bir daha COJEP-in Avrasiya koordinatorluğunun "Könüldən Könülə Türkiyə Görüş layihəsi" çərçivəsində əməkdaşlığımızdan məmnun olduğumuzu bildirmək istərdik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31