Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 853 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1948, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1800, üç və daha çox doza vaksinlərin sayı 28 376, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1729 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 051 721, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 302 581, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 788 753, üç və daha çox doza vaksinlərin sayı 2 752 545, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 207 842 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31