"Telefonunda Rza Zərrabla çəkilmiş fotolarınız varmı"- sualına Azəri Güneldən cavab - FOTO

Türkiyədə və Azərbaycanda Azəri qızı Günel kimi tanınan Günel Zeynalova illər sonra eşq həyatı ilə yenidən gündəmə gəlib.

Sosial şəbəkədəki hesabından ona ünvanlanan sualları cavablandıran müğənni Rza Zərrabla bağlı suallara cavab verməkdən boyun qaçırıb.

Belə ki, Seren Serengil aparıcısı olduğu "Söyləməzsəm olmaz" verilişində Güneldən danışaraq "Hələ də Rza Zərrabla olan fotolarını telefonunda saxlayır, heç birini silməyib" deyib. Bundan ilhamlanan sosial şəbəkə istifadəçisi müğənniyə "Rza bəylə şəkilləriniz hələ də telefonunuzda varmı?" sualını ünvanlayıb. 

Günel Zeynalova isə izləyicisinə "Gəlin musiqi danışaq, o dedi-qodulara fikir verməyin" deyə cavab verib.

Xatırladaq ki, 2010-cu ildə Cənubi azərbaycanlı iş adamı Rza Zərrab Günel Zeynalova ilə sevgili olduğu zaman bir anda Ebru Gündəşlə evlənmək qərarına gəlmişdi. 

Azeri kızı Günel'den 'Telefonunda Reza Zarrab'la fotoğrafların duruyor mu' sorusuna cevap

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31