Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
1 Mart 2022 18:51 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 481 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2071, üç və daha çox doza vaksinlərin sayı 29607, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1798 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 017 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 300 633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 786 953, üç və daha çox doza vaksinlərin sayı 2 724 169, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 206 113 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31