Uşaq evlərində yeni vəzifənin yaradılması təklif edilir
1 Mart 2022 12:10 SosialAzərbaycanda uşaq evlərində "sosial işçi" ştat vahidinin yaradılması təklif edilir. "Olaylar"ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. Məruzədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli, 172 nömrəli Qərarı ilə təsdiq edilmiş "Uşaq evlərinin rəhbər işçilərinin, pedaqoji, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi Ştatları" cədvəlinə "sosial işçi" ştat vahidinin əlavə edilməsi təklif edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31